Norveç millisinin ulduzu Erlinq Haaland Fransa ilə oyuna dair sualı cavablandırıb.


“Yeni Sabah” xəbər verir ki, 25 yaşlı hücumçu İraq və Seneqal seçmələri üzərində əldə edilən qələbələrdən sonra fransızlarla görüşün ciddi əhəmiyyət daşımadığını deyib:


"Düzü, hazırda bu, məni elə də çox maraqlandırmır. Mərhələni keçməyi bacardıq, bu inanılmazdır. Ona görə də hazırda o oyun haqqında çox da düşünə bilmirəm. Yəqin ki, bizi məğlub edəcəklər. Yəqin ki, turnirin qalibi olacaqlar". pizza sifarişi


Haaland mundialda keçirdiyi 2 oyunda 4 qol vurmağı bacarıb. Norveç millisi qrupda topladığı 6 xalla növbəti mərhələni təmin edib.


Nazim Hacıyev



Telegram kanalımız