Peşəkar Futbol Liqası Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişləri həyata keçirib.
“Yeni Sabah” xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb.
Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb. Mövsüm ərzində Peşəkar Futbol Liqası tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib. Pepperoni pizza
İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, Peşəkar Futbol Liqası tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.
Telegram kanalımız