Lionel Messi bu gün 39 yaşını qeyd edir.


“Yeni Sabah” xəbər verir ki, o, bir çox futbol mütəxəssis və azarkeşlərin fikrincə, bəşər tarixinin gördüyü ən istedadlı futbolçudur.


Peşəkar kariyerasına İspaniyanın “Barselona” klubunda başlayan argentinalı super ulduz hazırda ABŞ komandalarından “İnter Mayami”nin şərəfini qoruyur. Marqarita pizza


“La Pulqa” (Milçək) ləqəbli əfsanənin kariyera statistikası:


1158 oyun;


916 qol;


414 assist;


46 kubok;


7x FIFA ilin ən yaxşısı mükafatı;


3x UEFA ilin futbolçusu mükafatı;


8x “Ballon d'Or” mükafatı;


6x “Qızıl Buts” mükafatı;


2x “Laures” mükafatı;


8x “Piçiçi” mükafatı;


Olimpiya çempionu;


24x müxtəlif turnirlərdə bombardir;


9x La Liqada mövsümün oyunçusu;


16x Argetinada ilin futbolçusu.


Xatırladaq ki, Lionel Messi hazırda davam edən Dünya Çempionatında çıxdığı 2 görüşdə 5 qol vurmağı bacarıb. O, hazırda mundialın bombardiridir.


Nazim Hacıyev



Telegram kanalımız