DÇ-2026-nın qrup mərhələsinin II turu çərçivəsində Qana ilə 0-0 bərabərliyə razılaşan İngiltərə millisi ilə bağlı maraqlı statistika üzə çıxıb.


“Yeni Sabah” xəbər verir ki, ingilislər Britaniya İmperiyası dövründə müstəmləkəsi olan ölkələr qarşısında qələbə qazanmaqda çətinlik çəkir.


Anqlo-saksonların başını ən çox ağrıdan millilər ABŞ, Avstraliya, İrlandiya və Qana olub. Dördpendirli pizza


1950-ci il şoku: DÇ tarixinin ən böyük sürprizlərindən biri hesab olunan oyunda İngiltərə ABŞ-a 1:0 hesabı ilə uduzub. 2010-cu il (1:1) və 2022-ci il (0:0) Dünya Çempionatlarının qrup mərhələlərindəki oyunlar isə bərabərliklə başa çatıb.


Bərabərliklər seriyası: İrlandiya ilə oyunlar həm siyasi, həm də idman baxımından hər zaman gərgin keçib. Artıq uzun illər İngiltərə bu rəqibə qarşı qalib gəlməkdə çətinlik çəkir. İki komanda arasında keçirilən 18 oyunun 8-i bərabərliklə bitib.


Tarixi məğlubiyyət: 2003-cü ildə Avstraliya Londonda İngiltərəni 3:1 hesabı ilə məğlub edərək böyük səs-küyə səbəb olmuşdu. İngiltərə 2023-cü ilin oktyabrında keçirilən son yoldaşlıq oyununda rəqibinə 1:0 hesabı ilə qalib gəlib.


Qana: İngiltərə tarixində Qananı rəsmi turnirlərdə məğlub edə bilməyən nadir komandalardandır (keçmiş yoldaşlıq oyunu 1:1 bitib).


Nazim Hacıyev



Telegram kanalımız