Fransız futbolunun əfsanəvi siması Tiyeri Anri Portuqaliya-Özbəkistan qarşılaşmasından sonra maraqlı fikirlər səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, 48 yaşlı veteran hücumçu portuqalların 31 yaşlı ulduz yarımmüdafiəçisi Bruno Fernandeşin ünvanına təriflər yağdırıb:
“Bruno sehirbazdır. Mən qətiyyən şişirtmirəm. Bu futbolçu dahidir. Onun oyun görüşünə heyranam. Düşünürəm ki, o, çox istedadlı filosof yaxud elm adamı ola bilərdi. Oyun ərzində kimə necə ötürmə etməyi yaxud hücumu necə qurmalı olduğunu çox yaxşı bilir”. pizza
Bruno Fernandeş Özbəkistanla matçda 1 assist, 3 qol epizodu, üçüncü zonaya 9 dəqiq ötürmə və 1 qapıya zərbə ilə yadda qalıb. O, Konqo ilə matçda 85 faiz pas dəqiqliyi ilə çıxış etmişdi.
Xatırladaq ki, 31 yaşlı portuqal yarımmüdafiəçi cari mövsüm “Mançester Yunayted”in heyətində 22 assist edərək, Premiyer Liqada ən çox məhsuldar ötürmə rekordunu yeniləyib. O bu siyahıda özünə tərif yağdıran Tiyeri Anrini (21 assist) geridə qoyub. Bruno Fernandeş eyni zamanda 2025-2026-cı il mövsümündə “Premiyer Liqanın ən yaxşısı” mükafatını qazanıb.
Nazim Hacıyev
Telegram kanalımız