İspaniya millisi və “Barselona” klubunun gənc forvardı Ferran Torresin babası Xoakin Qarsiya nəvəsi ilə bağlı qalmaqallı fikirlər səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, o, 26 yaşlı futbolçunun mundialdakı çıxışını izləmədiyini və “Barselona” klubunda oynamasını istəmədiyini bildirib:
“Barselona”dan xoşum gəlmir. Ferranın “Levante”də oynamasını üstün tutardım, bu mənim üçün gün kimi aydındır. İspaniya millisindəki çıxışını isə ümumiyyətlə izləmirəm. Ferranın çıxışından xəbərim yoxdur. Arvadım (Ferranın nənəsi) isə tam əksinə, evdə şam yandırıb, nəvəsi üçün dua edir. Ferranın anası da onun dünya çempionatında oynamasına məndən daha çox sevinir." pizza hut
Ferran Torres digər “La Masiya” məzunlarından fərqli olaraq, katalon yox, ispandır. Ferran Torresin daha əvvəlki açıqlamalarında futbolçu olmasını babasına borclu olduğunu, lakin babasının onu “Real Madrid” formasında arzuladığını bildirmişdi.
Nazim Hacıyev
Telegram kanalımız