DÇ-2026-nın qrup mərhələsinin 3-cü turu çərçivəsində Əlcəzair və Avstriya seçmələri üz-üzə gələcək.
“Yeni Sabah” xəbər verir ki, J qrupundakı əvvəlki 2 oyunda hərəyə 3 xal toplayan tərəflər növbəti mərhələyə vəsiqəni təmin etmək uğrunda ölüm-qalım mübarizəsinə çıxacaq.
Bu görüş futbol azarkeşləri üçün həm də 44 il əvvəl baş verən “Xixon rüsvayçılığı”nın da revanşıdır. Pepperoni pizza
Avstriya və Əlcəzairin yolları dünya futbol tarixinə "Xixon rüsvayçılığı" (Disgrace of Gijón) kimi düşən və bütöv bir idman növünün qaydalarını dəyişdirən ən qalmaqallı hadisədə kəsişib.
1982-ci ildə İspaniyada keçirilən dünya çempionatının debütantı olan Əlcəzair qrup mərhələsinin ilk oyununda turnirin əsas favoriti sayılan Qərbi Almaniyanı (AFR) 2:1 hesabı ilə məğlub edərək böyük bir sensasiyaya imza atmışdı. İkinci oyunda onlar Avstriyaya 0:2 hesabı ilə uduzsalar da, son matçda Çilini 3:2 hesabı ilə məğlub etdilər.
O dövrün qaydalarına görə, qrup oyunları eyni saatda keçirilmirdi. Əlcəzair son oyununu Avstriya-Qərbi Almaniya matçından bir gün əvvəl bitirmişdi və növbəti mərhələyə keçmək üçün digər iki komandanın oyununun nəticəsini gözləməli idi.
25 iyun 1982-ci ildə Xixon şəhərində keçirilən Avstriya-Qərbi Almaniya matçının riyazi hesablamalarına görə, Qərbi Almaniyanın 1 və ya 2 topluq fərqlə qələbəsi həm Almaniyanı, həm də Avstriyanı növbəti mərhələyə daşıyırdı. Bu halda isə Əlcəzair top fərqinə görə qrupda qalırdı.
Oyunun 10-cu dəqiqəsində alman hücumçusu Horst Hrubeş hesabı açdı (1:0). Bu qoldan sonra hər iki komanda oyunu tamamilə dayandırdı. Futbolçular qalan 80 dəqiqəni sadəcə meydanın mərkəzində topu bir-birinə ötürməklə, heç bir hücum etmədən və mübarizə aparmadan başa vurdular.
Matç stadiondakı azarkeşlərin və idman ictimaiyyətinin böyük qəzəbinə səbəb oldu. İspan azarkeşlər "Çıxın çölə!", əlcəzairli azarkeşlər isə pulları havaya yelləyərək "Rüşvət!" deyə qışqırırdılar. Hətta bəzi alman azarkeşlər öz komandalarının bu hərəkətindən utandığı üçün tribunalarda Almaniya bayrağını yandırmışdılar.
Almaniyalı teleşərhçi Eberhard Ştanyek oyunu şərh etməkdən imtina edərək susdu, Avstriyalı şərhçi Robert Zeqer isə tamaşaçılara televizorları söndürməyi məsləhət gördü.
Əlcəzair Futbol Federasiyası rəsmi etiraz etsə də, FIFA reqlamentin pozulmadığını əsas gətirərək oyunun nəticəsini qüvvədə saxladı və Əlcəzair turnirdən kənarlaşdırıldı. Bu rüsvayçı hadisədən sonra FIFA qaydaları dəyişmək məcburiyyətində qaldı. O vaxtdan bəri böyük turnirlərdə qrup mərhələsinin son oyunları manipulyasiyaların qarşısını almaq üçün eyni gündə və eyni saatda keçirilir.
44 il sonra bu iki komandanın yenidən qarşılaşması, Əlcəzair üçün həm də o tarixi ədalətsizliyin unudulmayan xatirəsini yenidən yaşamaq deməkdir.
Nazim Hacıyev
Telegram kanalımız