DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunun ilk qarşılaşmaları baş tutub.


“Yeni Sabah”xəbər verir ki, A, B və C qruplarında yer alan millilərin görüşlərində maraqlı nəticələr qeydə alınıb.


Meksika, Braziliya və Mərakeş qruplarında inamlı qələbələr qazanaraq növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər. pizza


Cənubi Afrika isə son matçda Cənubi Koreyanı minimum hesabla üstələyərək turnir tarixində ilk dəfə pley-off-a vəsiqəsi qazanıb:


Çexiya 0 – 3 Meksika (A Qrupu);


Cənubi Afrika 1 – 0 Cənubi Koreya (A Qrupu);


Şotlandiya 0 – 3 Braziliya (C Qrupu);


Mərakeş 4 – 2 Haiti (C Qrupu);


Bosniya və Herseqovina 3 – 1 Qətər (B Qrupu);


İsveçrə 2 – 1 Kanada (B Qrupu).


Nazim Hacıyev



Telegram kanalımız