Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella dünya çempionatındakı uğursuz nəticələrdən sonra istefa söz-söhbətlərinə aydınlıq gətirib.


“Yeni Sabah” xəbər verir ki, 52 yaşlı italiyalı mütəxəssis bildirib:


"Futbolçular mənə dəstək verir. Federasiya Prezidenti mənə dəstək verir. Türkiyəni ardıcıl turnirlərə daşıdım. Ürəyimi ortaya qoydum. Əgər mənim istefa etməyimi gözləyən varsa, bunu qəbul etməlidir – istefa verməyəcəyəm". pizza


Xatırladaq ki, Türkiyə milli komandası mundialın ilk 2 matçıda Avstraliya və Panama seçmələrinə məğlub olub. “Ay-ulduzlular” bu nəticələrlə turnirə vaxtından öncə əlvida deyib.



Telegram kanalımız