Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.


"Yeni Sabah" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:


polkovnik Rəsul Rasim oğlu Əliyevə pizza hut


polkovnik Elçin Rəhim oğlu Abdullayevə


polkovnik Azər Əfrayıl oğlu Heybətliyə


polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə


polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.



Telegram kanalımız