Qətər Futbol Assosiasiyası milli komandanın DÇ-2026 oyunlarına azarkeş cəlb etmək üçün onların səfər xərclərini qarşılayıb.


"Yeni Sabah" xəbər verir ki, təxminən 1000 azarkeşə tam paket təqdim olunub:aviabilet, stadionun yaxınlığındakı oteldə yerləşmə və oyun biletləri.


Həmçinin qarşılaşmalardan əvvəl azarkeşlərə milli komandanın rənglərində hazırlanmış azarkeş dəstləri – futbolka, papaq və gün eynəyi də paylanıb. pizza hut


Qətər millisi DÇ-2026-nın B qrupunda Kanada, İsveçrə və Bosniya və Herseqovina ilə mübarizə aparıb. Komanda qrupu sonuncu pillədə başa vuraraq turnirlə vidalaşıb.



Telegram kanalımız