Şotlandiya millisinin baş məşqçisi Stiv Klark vəzifəsini tərk edib.


"Yeni Sabah" BBC-yə istinadla xəbər verir ki, o, DÇ-2026-dakı uğursuz nəticələrə - pley-offa adlaya bilmədiklərinə görə belə addım atıb.


62 yaşlı mütəxəssis vida açıqlamasında millidə keçirdiyi illəri xüsusi qeyd edib və futbolçularına təşəkkürünü bildirib:  Pepperoni pizza


Qeyd edək ki, Stiv Klarkın rəhbərliyi altında Şotlandiya millisi uzun fasilədən sonra yenidən dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. Komanda DÇ-2026-da C qrupunu 3 xalla 3-cü pillədə başa vurub və ən yaxşı üçüncülər sırasından növbəti mərhələyə yüksəlmək şansını son tura qədər qoruyub.



Telegram kanalımız