UEFA “Fənərbaxça” klubunu maliyyə qaydalarını pozduğuna görə cərimələyib.


"Yeni Sabah" xəbər verir ki, İstanbul təmsilçisinə 7 milyon avro məbləğində pul cəzası kəsilib.


Buna səbəb klubun 2025-ci il üzrə heyət xərclərinin UEFA-nın müəyyən etdiyi həddi aşması olub. Dominos pizza


Bildirilir ki, “Fənərbaxça” heyət xərcləri nisbətini 70 faizdən yuxarı göstərərək UEFA-nın heyət xərcləri qaydasını pozub.


Qeyd edək ki, UEFA-nın maliyyə davamlılığı qaydalarına əsasən, klubların heyət xərclərinin gəlirlərə nisbəti müəyyən olunmuş həddi keçməməlidir.


2025-ci il üçün bu limit 70 faiz təşkil edir./Apasport.az



Telegram kanalımız