İspaniya millisinin və "Barselona"nın cinah oyunçusu Lamin Yamal DÇ-2026 ilə bağlı iddialı açıqlaması ilə gündəmə gəlib.


"Yeni Sabah" COPE-yə istinadla xəbər verir ki, gənc futbolçu mundialı qazanacağına inandığını bildirib.


Jurnalist 18 yaşlı hücumçuya "Sizin üçün hansı daha vacibdir: Çempionlar Liqasını qazanmaq, yoxsa dünya çempionatını" sualını ünvanlayıb.  pizza


Forvard isə suala belə cavab verib:


"Xeyr. Hər dəfə hansısa turnir başlayanda, mən onun qalibi olacağımı fikirləşirəm. Hazırda da beynimdə olan budur. Düşünürəm ki, bu dünya çempionatını qazanacağam".



Telegram kanalımız