"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.


"Yeni Sabah" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1-ci təsnifat mərhələsində Gürcüstanın "Torpedo Kutaisi" (Gürcüstan) komandasını qəbul edib.


Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0. Dominos pizza


32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub.



Telegram kanalımız