Azərbaycan UEFA reytinqində xal hesabını artırıb.


"Yeni Sabah" xəbər verir ki, bu, Avropa kuboklarının 1-ci təsnifat mərhələsində “Sabah” Çempionlar Liqasında TNS (Uels), “Zirə”nin isə Konfrans Liqasında “Torpedo” (Gürcüstan) üzərindəki qələbəsi sayəsində mümkün olub.


Bu oyunlardan sonra Azərbaycanın cari mövsümdəki əmsalı 0.500-ə yüksəlib. Sezar pizza


Hazırda son 5 mövsümün nəticələrinə əsasən Azərbaycanın ümumi əmsalı isə 19.062-dir. Bu göstərici ilə ölkəmiz UEFA ölkə reytinqində 26-cı pillədə qərarlaşıb.



Telegram kanalımız