İngiltərə millisinin müdafiəçisi Carell Kuansa futbol üzrə 2026-cı il dünya çempionatında Meksika yığmasına qarşı 1/8 final oyununda aldığı qırmızı vərəqəyə görə iki oyunluq diskvalifikasiya olunub.


"Yeni Sabah" xəbər verir ki bu barədə jurnalist Rob Harris "X" sosial şəbəkə hesabında bildirib.


Kuansa Meksika ilə matçın (3:2) 54-cü dəqiqəsində kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. pizza hut


İngiltərə millisinin müdafiəçisi iyulun 12-nə keçən gecə Norveç yığmasına qarşı keçiriləcək 1/4 final qarşılaşmasını buraxacaq. İngilislər növbəti mərhələyə yüksələcəyi təqdirdə də futbolçu yarımfinal oyununda iştirak edə bilməyəcək./Oxu.az



Telegram kanalımız