Məhərrəm ayı sabah, iyulun 14-də başa çatır.


"Yeni Sabah" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.


Onun sözlərinə görə, İmamın 40 mərasimi (Ərbəin - Həzrət İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətindən keçən 40 gün nəzərdə tutulur) avqustun 4-də qeyd olunacaq. pizza hut


Səfər ayı isə iyulun 15-də başlayacaq, avqustun 13-də başa çatacaq.


Xatırladaq ki, bu il məhərrəm ayı miladi təqvimlə iyunun 16-da başlayıb. İyunun 25-də Aşura qeyd olunub.



Telegram kanalımız