Futbol üzrə dünya çempionatında (DÇ-2026) İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.


"Yeni Sabah" xəbər verir ki, Atlanta şəhərində keçirilən ikinci yarımfinal matçında argentinalılar  qələbə qazanıblar - 2:1.


İngilislər 55-ci dəqiqədə Entoni Qordonun vurduğu qolla hesabda önə keçiblər. Bununla belə, hazırkı dünya çempionları arıdıcıl iki qol vuraraq geridönüş ediblər. Toyuqlu pizza


85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqlənib.


Argentinanın finaldakı rəqibi İspaniya millisi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.


Üçüncü yer uğrunda görüş iyulun 19-da Bakı vaxtı ilə saat 01:00-da, final matçı isə 23:00-da keçiriləcək



Telegram kanalımız