Günel Zeynalova (Azəri qızı Günel) sosial şəbəkələrdə ünvanına yönələn xoşagəlməz ifadələrə kəskin etirazını bildirib.


“Yeni Sabah” xəbər verir ki, ifaçı ona "qaçqın Günel" yazaraq alçaltmağa çalışan izləyicilərini sərt şəkildə qınayır:


“Gerizəkalı insanlar mənə "qaçqın" deyir. Əgər bu sözlə məni alçaltmaq istəyirsinizsə, bəli, mən Ağdamdan gəlmişəm, məcburi köçkünəm. Amma mənim yurdumdan didərgin düşməyim sizin düşündüyünüz o "qaçmaq"dan deyil. Öz keçmişinizə və insanların ağrılarına hörmətlə yanaşmağı öyrənin”.  pizza hut



Cəlalə Cəlalqızı



Telegram kanalımız