Rusiyalı estrada ulduzu Filipp Kirkorov ABŞ-ın Mayami şəhərində yerləşən lüks villasını qızı Alla-Viktoriyanın adına keçirib.


“Yeni Sabah” Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçi real bazar dəyəri 6,1 milyon dollar qiymətləndirilən daşınmaz əmlakı qızına simvolik olaraq cəmi 100 dollara satıb.


Bildirilir ki, pop kralın bu qərarı ticari məqsəd daşımır və sırf Alla-Viktoriyanın ABŞ-dakı hüquqi statusunu, eləcə də vətəndaşlıq hüquqlarını qorumaq zərurətindən irəli gəlib. pizza sifarişi


Xatırladaq ki, Filipp Kirkorov Mayamidəki sözügedən dəbdəbəli malikanəni 15 il əvvəl – 2011-ci ildə 4,2 milyon dollar ödəyərək öz mülkiyyətinə daxil etmişdi. Keçən müddət ərzində evin dəyərində ciddi artım qeydə alınıb.



Telegram kanalımız