Şair Xanım İsmayılqızı nəvəsinin məzunluğuna sevincini izləyiciləri ilə bölüşüb.
"Yeni Sabah" xəbər verir ki, o, Nuray Həsənovanın İstanbulda Koç Universitetini bitirməsi münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
X.İsmayılova mərasimindən fotolar yayımlayaraq nəvəsini və qızı Fidan Əliyevanı təbrik edib: Dominos pizza
"Biz məzun olduq! İstanbul, Koç Universiteti. İlkimin ilki, Fidanımın birincisi, gözümün işığı Nuray Həsənova. Səni çəkdiyim bu şəkillərlə təbrik edirəm. Gözün aydın, Fidan Əliyeva. Sənə həmişə fərəh gətirsin. Zəhmətinin bəhrəsini görəsən. Ölkəsinə, ailəsinə xeyirli övlad olsun. Babanın, nənənin gözəli, sevinci. Yolun açıq olsun, quzum".
Telegram kanalımız