"Apple"ın son iOS yeniləməsi bəzi istifadəçilərin gözlədiyi kimi problemləri həll etmədi. Əksinə, bir çox "iPhone" sahibi telefonların həddindən artıq qızması və batareyanın sürətlə boşalmasından şikayət edir.
"Yeni Sabah" xəbər verir ki, "Apple" sistemdəki təhlükəsizlik boşluqlarını və digər xətaları aradan qaldırmaq üçün iOS 26.5.2 versiyasını istifadəyə verib.
Lakin yeniləməni quraşdıran çoxsaylı istifadəçilər sosial şəbəkələrdə telefonlarının əvvəlkindən daha tez enerji itirdiyini və şarjın qısa müddətdə tükəndiyini bildiriblər. Dördpendirli pizza
Xüsusilə "Reddit" platformasında "iPhone -16 Pro Max" istifadəçiləri yeniləmədən sonra cihazlarının qısa müddətdə həddindən artıq qızdığını yazıblar.
Mütəxəssislərin sözlərinə görə, sistem yeniləməsindən sonra telefon arxa planda faylları indeksləşdirir və optimallaşdırma prosesləri həyata keçirir. Bu isə müvəqqəti olaraq prosessora əlavə yük saldığı üçün cihazın əməlli başlı isinməsinə və batareyanın daha sürətli boşalmasına səbəb olur.
Bundan əlavə, yeni iOS versiyasına tam uyğunlaşdırılmayan bəzi üçüncü tərəf tətbiqlərinin, xüsusilə sosial media proqramlarının arxa planda daha çox enerji sərf etdiyi bildirilir.
İstifadəçilərə batareya parametrlərini yoxlamaq, çox enerji sərf edən tətbiqləri müəyyənləşdirmək və lazım gələrsə onların arxa planda yenilənmə funksiyasını söndürmək tövsiyə olunur.
Əgər problemin səbəbi iOS 26.5.2 versiyasındakı proqram təminatı xətasıdırsa, "Apple"ın yaxın vaxtlarda bu problemi aradan qaldıracaq yeni yeniləmə təqdim edəcəyi gözlənilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız