Azərbaycan 2026/27 mövsümü UEFA-nın assosiasiyalar reytinqində ilk pillədə qərarlaşıb.
"Yeni Sabah" xəbər verir ki, bu, 3 klubumuzun birinci mərhələdəki yüzfaizli nəticələri sayəsində mümkün olub.
“Sabah” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında, “Zirə” isə Konfrans Liqasında keçirdiyi hər iki matçda qələbə qazanıb. Dominos pizza
Beləliklə, Azərbaycanın 3 klubu birinci mərhələdə keçirdiyi ümumən 6 oyunun hamısında rəqiblərini məğlubiyyətə uğradıb və 6,000 əmsal qazanıb.
Azərbaycan avrokuboklarda 4 komanda ilə təmsil olunduğundan (“Neftçi” Konfrans Liqasına 2-ci mərhələdən qoşulacaq) həmin əmsal 4-ə bölünüb. Yekun nəticədə ölkəmizin hesabına daha 1,500 əmsal yazılıb ki, bu da birinci mərhələdən sonra ən yaxşı göstəricidir.
Son 5 mövsümün nəticələrinə əsasən hazırlanan siyahıda Azərbaycan 26-cı yerdəki mövqeyini möhkəmləndirib və əmsal ehtiyatını 20,062-ə çatdırıb.
Telegram kanalımız