İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays Argentina ilə yarımfinal oyununda (1:2) 3 dəfə ağzını əli ilə tutaraq rəqib oyunçulara nəsə deyib.


"Yeni Sabah" xəbər verir ki, matçın əvvəlində futbolçular arasında yaşanan qarşıdurma zamanı Rays rəqiblərinə yaxınlaşaraq bu hərəkəti etsə də, baş hakim İsmayıl Əlfət buna münasibət bildirməyib.


FIFA-nın yeni qaydalarına əsasən, ağzını əli ilə örtərək danışan futbolçu qırmızı vərəqə ilə cəzalandırılmalıdır. Lakin Rays meydanda qalıb və yalnız 82-ci dəqiqədə əvəzlənib. Dördpendirli pizza


Daha əvvəl DÇ-2026-da Paraqvay millisinin hücumçusu Migel Almiron Türkiyə ilə qrup oyununda (1:0), Ekvador yığmasının müdafiəçisi Pyero İnkapiye isə Meksika ilə 1/16 final matçında (0:2) eyni səbəblə qırmızı vərəqə almışdı.



Telegram kanalımız