"ASAN da asan yaranmadı, mürəkkəb inkişaf yolu keçdi. Özüm də həmin dövrdə ASAN yanında İctimai Şuranın sədri olduğumdan bu proseslərin bir çoxunun şahidi olmuşam”.


“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz “Facebook” səhifəsində yazıb.


O, ASAN Xidmətin sədri Ülvi Mehdiyevin müsahibəsini şərh edib: pizza mizza


“Müsahibədə mənim üçün xüsusilə üç məqam diqqətçəkən oldu.


Birincisi, "ASAN" artıq Azərbaycanın ən uğurlu intellektual ixrac məhsullarından birinə çevrilib.


Xüsusilə qeyd etmək yerinə düşər ki, ASAN-ın beynəlxalq uğurlarında və ixrac potensialının genişlənməsində onun indiki komandasının mühüm rolu olub. Model hazırda Pakistan, İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstanda tam tətbiq olunur, ümumilikdə 30-dan çox ölkə ilə əməkdaşlıq edilir.


Ən diqqətçəkən məqam isə odur ki, bu modelin artıq təxminən 750 milyon insana xidmət göstərdiyi bildirilir.


Bu, həqiqətən də böyük göstəricidir.


İkincisi, Ülvi müəllimin açıqlamasından belə görünür ki, ASAN-ın inkişafının növbəti mərhələsində prioritet artıq yeni binaların və yeni ASAN Mərkəzlərin tikintisi deyil.


Hazırda 28 mərkəz və 10 səyyar xidmət avtobusu ölkəni əhatə edir. Yeni mərkəzlər yalnız işğaldan azad olunmuş ərazilərdə yaradılacaq. Yəni fokus fiziki genişlənmədən daha çox rəqəmsal və mobil xidmətlərə keçir.


Düşünürəm ki, bu yanaşma ölkədə gedən rəqəmsal transformasiya və dövlət idarəçiliyində süni intellektin tətbiqi istiqamətində atılan addımlarla tam uzlaşır.


Üçüncüsü, görünən odur ki, ASAN-da süni intellekt artıq yalnız vətəndaşlarla ünsiyyət üçün deyil, daxili idarəetmə, xidmətlərin təhlili və data əsaslı qərarvermə proseslərində də tətbiq olunur.


14 il ərzində ASAN xeyli data toplayıb. İndi görünən odur ki , qurum bu datadan çox effektiv istiafdə edir.


Hazırda çox az sayda dövlət qurumunda süni intellekt əsaslı belə real işlək sistemlər var.


Müsahibədə səslənən "Rəqəmsallaşma məqsəd deyil, vasitədir" fikri isə ayrıca diqqət çəkir”.


Nazim Hacıyev



Telegram kanalımız