Dilarə Kazımova sənət fəaliyyətinin ona ən böyük təsirinin sağlamlığı ilə bağlı olduğunu etiraf edib.


“Yeni Sabah” xəbər verir ki, müğənni bu barədə "Zarafat bir yana" verilişində danışıb.


O bildirib ki, peşəkar fəaliyyəti boyunca qazandıqlarına baxmayaraq, sənət yolunda verdiyi ən böyük qurban məhz sağlamlığı olub. pizza hut


D.Kazımovanın sözlərinə görə, hələ də özünü inkişaf etdirməli olduğunu düşünür və əldə etdiklərini kifayət hesab etmir:


"Mənə elə gəlir ki, hələ də azdır. Bizim peşədə insan daim öyrənməli və üzərində işləməlidir".


Müğənni xarakter etibarilə həssas və emosional olduğunu da vurğulayıb. Onun sözlərinə görə, insanların bəzi davranışlarını qəbul etməkdə çətinlik çəkir, bu isə ona psixoloji baxımdan təsir göstərir.


Kazımova bildirib ki, sənət aləmində yaşanan gərginlik və stress zaman keçdikcə insanın xarakterinə də təsir edir. O, insanların səmimiyyətsizliyi və yalanları ilə üzləşməyin onun üçün həmişə ağır olduğunu deyib.


Sənətçi əlavə edib ki, hər zaman insanlara yaxşı niyyətlə yanaşmağa çalışsa da, həyat ona hər kəsin eyni düşüncədə olmadığını göstərib. Onun fikrincə, əvvəl qurban kimi görünən hadisələr əslində insanın həyat dərsləridir və onlardan nəticə çıxarmaq gələcəkdə eyni səhvləri təkrarlamamağa kömək edir.


Cəlalə Cəlalqızı 



Telegram kanalımız