Dünyada hər gün təxminən 5 min insan virus hepatitinə yoluxur. Azərbaycanda isə son üç ilin rəsmi statistikası viruslu hepatit üzrə qeydə alınan xəstələnmə hallarının 2025-ci ildə əhəmiyyətli dərəcədə azaldığını göstərir.


Dövlət Statistika Komitəsi “Yeni Sabah”ın sorğusuna cavab olaraq 2023–2025-ci illər üzrə viruslu hepatitlə bağlı qeydə alınmış xəstələnmə hallarının statistikasını təqdim edib.


Komitənin məlumatına görə, 2023-cü ildə ölkədə viruslu hepatit üzrə 429, 2024-cü ildə 634, 2025-ci ildə isə 123 yoluxma halı qeydə alınıb. Dominos pizza


Növlər üzrə göstəricilər belədir:


Hepatit A: 2023-cü ildə 224, 2024-cü ildə 441, 2025-ci ildə 14 hal;


Hepatit B: 2023-cü ildə 72, 2024-cü ildə 51, 2025-ci ildə 62 hal;


Hepatit C: 2023-cü ildə 133, 2024-cü ildə 142, 2025-ci ildə 47 hal qeydə alınıb.


Beləliklə, rəsmi statistikaya əsasən, viruslu hepatit üzrə ümumi qeydə alınmış yoluxma halları 2024-cü illə müqayisədə 2025-ci ildə 634 nəfərdən 123 nəfərə enərək təxminən 81 faiz azalıb. Ən böyük azalma Hepatit A üzrə müşahidə olunub.


Aytac Əliyeva



Telegram kanalımız