2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb.


"Yeni Sabah" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərarda əksini tapıb.


Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiq edilib. Dominos pizza


Komissiyanın tərkibi aşağıdakı kimidir:


Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi


Komissiyanın sədri Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini


Komissiya sədrinin müavini- Azər Mursaqulov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri


Komissiyanın üzvləri:


Azərbaycan Respublikası maliyyə nazirinin müavini


Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini


Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini


Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini


Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini


Azərbaycan Respublikası ədliyyə nazirinin müavini


Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini


Azərbaycan Respublikası səhiyyə nazirinin müavini


Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini


Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini


Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini


Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini


Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini


Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini


Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini


“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini.



Telegram kanalımız