Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə bu gün 95 yaşında vəfat edib.


“Yeni Sabah” bu münasibətlə şairin ən məşhur “Nə qəribədir” şeirini təqdim edir:


  pizza hut


Elə dayanırsan, elə baxırsan,


Elə bil qarşında quru bir daşam.


İpək saçlarını bir vaxt oxşayan


Elə bil hardasa mən olmamışam.


  pizza hut


Səni dostlarımla, tanışlarımla,


Mən tanış edərdim nə vaxtsa bir-bir .


İndi özgələri, yad ehtiramla,


Deyirlər tanış ol., Nə qəribədir ?!


  pizza hut


Yuxuda görərdin nə vaxtsa hər dəm,


Yolumu gözlərdin yollardan uzaq.


Mən sənin yuxundan çıxıb gəlmişəm,


Bu da bir yuxudur, gəl tanış olaq.


  pizza hut


Qoluna girərdim, bu, yadındadır,


Gedərdik ,yolumuz, arzumuz şərik.


Qolum qollarının lap yanındadır,


Toxunsa, biz indi üzr istəyirik.


  pizza hut


Hayanda oldumsa səhər, ya axşam,


Aradın sən məni, gördün sən məni.


İndi gözlərinin qabağındayam,


Hayanda durum ki, Görəsən məni?


Aydan Hacı  pizza hut



Telegram kanalımız