Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.


"Yeni Sabah" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın potensial rəqibi müəyyənləşəcək.


İlk təsnifat mərhələsində "Sabah" Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. pizza mizza


III təsnifat mərhələsində o, Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.



Telegram kanalımız