Ruhəngiz Musəvi yaşı və geyim seçimi ilə bağlı danışıb.


Yeni Sabah xəbər verir ki, Əməkdar artist “Qonaqcanlı” verilişində yaşını heç vaxt gizlətməməsini belə izah edib:


“Yaşımı heç vaxt gizlətmirəm. Çünki həmişə yaşımdan gənc görünmüşəm, indi də eləyəm. “Baladadaşın ilk məhəbbəti!” filminə çəkiləndə 21 yaşım var idi”. pizza mizza


Ruhəngiz Musəvi dənizi sevmədiyini də etiraf edib:


“Həmin filmdən sonra dənizə getməmişəm. Mən dənizi xoşlamıram, məni çəkmir. Mənə "dəniz gözəli" deyirlər, o mənə bəs edir”.


Aydan Hacı 



Telegram kanalımız