AnTuTu 2026-cı ilin iyul ayında ən yüksək performans göstərən Android smartfonların siyahısını açıqlayıb.


"Yeni Sabah" xəbər verir ki, siyahı platformanın iyul ayı üzrə orta benchmark nəticələri əsasında hazırlanıb.


Siyahının ilk pilləsində 4 128 314 bal toplayan iQOO 15 Ultra qərarlaşıb. Pepperoni pizza


İkinci yeri 4 084 233 balla Red Magic 11S Pro+, üçüncü yeri isə 4 064 959 balla iQOO 15 tutub.


İlk 10-luqda həmçinin vivo X300 Ultra, realme GT8 Pro, Honor WIN, OPPO Find X9 Ultra, Honor Magic8 Pro, Honor Magic8 və OnePlus 15 modelləri yer alıb.


Beləliklə, OnePlus 15 siyahıya 10-cu pillədən daxil olub.


Qualcomm rəqiblərini geridə qoydu


İyul ayının ən güclü 10 flaqman Android smartfonunun hamısı Qualcomm-un Snapdragon 8 Elite Gen 5 prosessor platformasından istifadə edir.


Ötən ay siyahıda yer alan MediaTek Dimensity 9500 prosessorlu iQOO 15T isə iyul ayının reytinqində ilk 10-luqdan kənarda qalıb.


Əsmətxanım Rzazadə



Telegram kanalımız