TƏBİB uşaqlar üçün peyvəndlərin yaş üzrə tətbiq olunan təqvimini açıqlayıb.


“Yeni Sabah” xəbər verir ki, qurumun paylaşdığı məlumata əsasən, doğuşdan sonra ilk 12 saat ərzində Hepatit B-yə qarşı (HepB) peyvənd, həmçinin vərəmə qarşı BCG vaksini tətbiq olunur


Peyvənd təqvimi belədir: Marqarita pizza


2 aylıqda:


Heksavaksin – difteriya, göyöskürək, tetanus, hepatit B, B tipli hemofilik infeksiya və poliomielitə qarşı;


Pnevmokok infeksiyalarına qarşı (PK).


3 aylıqda


Heksavaksin.


4 aylıqda:


Heksavaksin;


Pnevmokok infeksiyalarına qarşı (PK).


6 aylıqda:


bOPV – poliomielitə qarşı;


Pnevmokok infeksiyalarına qarşı (PK).


12 aylıqda:


QPM – qızılca, epidemik parotit və məxmərəkə qarşı.


18 aylıqda:


bOPV – poliomielitə qarşı;


GDT – göyöskürək, difteriya və tetanusa qarşı.


6 yaşında:


QPM – qızılca, epidemik parotit və məxmərəkə qarşı;


DT – difteriya və tetanusa qarşı.


Aytac Əliyeva



Telegram kanalımız