Ötən gün xəstəxanaya yerləşdirilən türkiyəli komediyaçı Cem Yılmaz səhhəti ilə bağlı paylaşım edib.


“Qafqazinfo” xəbər verir ki, aktyor instaqram hesabında fotosunu paylaşaraq aşağıdakı sözləri qeyd edib.


“Dostlar, çox sağ olun, vəziyyətim yaxşıdır. “Gora” filminin çəkilişləri bitmişdi, dedim ki, iş bitəndən sonra çıxar yorğunluq, çəkiliş meydançasında heç bəlli etməz, amma sonradan bütün sümükləriniz sızıldayır. Dünən sinəmdə və kürəyimdə şiddətli ağrılar hiss etdim. Əgər sadəcə evə gedib uzansaydım, yəqin ki, hələ də orada uzanıqlı qalardım... Toyuqlu pizza


Əhvalımı soruşan və ya ziyarətimə gələn hər kəsə təşəkkürlər... Səhiyyə nazirimiz də keçmiş olsun sözlərini çatdırdı. Deyəsən, bütün tibb işçiləri məni sevir — nə gözəl... Ümumilikdə çətin bir gün idi. Həkimlər mənə stressdən uzaq durmağı tapşırdılar. Güldüm. “Daha az iç” deyənlərə və ya saç düzümüm, “yeni görünüşüm” barədə şərh yazanlara isə bir sözüm var: sizin kimi insanlar olmasaydı, həyatımda heç vaxt ürək tutması keçirməzdim.


Məni düşünən hər kəsə yenidən təşəkkür edirəm. Sağlam qalın, inşallah”, - paylaşımda qeyd olunub.


Qeyd edək ki, Cem Yılmaz dünən infartk keçirib. Ürək ağrısı şikayəti ilə təcili xəstəxanaya çatdırılıb. Həkimlər dərhal müdaxilə edərək aktyorun həyatını xilas edə biliblər. 



Telegram kanalımız