Afət Fərmanqızı həmkarı Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
"Yeni Sabah" unikal.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə şikayət ərizəsi icraata götürülüb.
Müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs qismində tanınıb. pizza sifarişi
Bundan əvvəl D.Əsədova bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.
Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur. O, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib. İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.
Hazırda bu cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.
Telegram kanalımız