Azərbaycanda rəqəmsal qurğulardan və internetdən istifadə edən şəxslərin sosial-məşğulluq strukturu açıqlanıb.


“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, aparılan hesablamalara görə, 2025-ci ildə ölkədə internet istifadəçilərinin 9,6 faizini işsiz şəxslər təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 4,1 faiz bəndi artım deməkdir. Hesabat dövründə internet istifadəçilərinin əsas hissəsini, yəni 72,5 faizini məşğul əhali formalaşdırıb. Məşğul şəxslərin 47,7 faizi muzdla çalışanların, 52,3 faizi isə özünü məşğul edənlərin payına düşüb. İqtisadi qeyri-fəal əhalinin internet istifadəçiləri arasındakı çəkisi isə 1 faiz bəndi artaraq 17,9 faizə yüksəlib.


Kompüter və mobil telefon istifadəçilərinin tərkibində də oxşar dinamika qeydə alınıb. Ötən il kompüter istifadəçilərinin 74,1 faizini məşğul əhali təşkil edib ki, onların da 67,9 faizi muzdla işləyənlər, 32,1 faizi isə özünüməşğul şəxslər olub. Bu kateqoriyada iqtisadi qeyri-fəal şəxslərin payı 18,1 faiz, işsizlərin payı isə 3,2 faiz bəndi artaraq 7,8 faiz təşkil edib. Marqarita pizza


Eyni zamanda mobil telefon istifadəçilərinin 71,1 faizini məşğul əhali formalaşdırıb. Şəbəkəyə qoşulan mobil istifadəçilərin 48,8 faizi muzdlu, 51,2 faizi özünüməşğul kateqoriyasına aid olub. Mobil telefon istifadəçisi olan iqtisadi qeyri-fəal əhalinin payı 19,2 faizə, işsiz vətəndaşların xüsusi çəkisi isə 4,1 faiz bəndi artaraq 9,7 faizə çatıb.



Telegram kanalımız