Türkiyənin sıfır kilometr avtomobil bazarında 2026-cı ilin yanvar-avqust dövrü üzrə satış göstəriciləri açıqlanıb.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, “Renault” ən yaxın izləyicisini iki dəfəyə yaxın üstələyərək liderliyini qoruyub. Türkiyənin yerli markası “Togg” isə bir çox qlobal nəhəngi geridə qoyaraq 6-cı sıraya yüksəlib.
İlin ilk 8 ayında ən çox satılan 10 avtomobil markası (və avqust göstəriciləri) belədir: “Renault” - 84 969 ədəd (avqustda 7 919), “Volkswagen” - 47 233 ədəd (avqustda 5 624), “Toyota” - 43 378 ədəd (avqustda 4 335), “Hyundai” - 41 166 ədəd (avqustda 4 879), “Peugeot” - 31 202 ədəd (avqustda 2 852), “Togg” - 30 734 ədəd (avqustda 4 886), “FIAT” - 28 897 ədəd (avqustda 2 125), “Skoda” - 26 097 ədəd (avqustda 3 055), “Citroen”- 21 894 ədəd (avqustda 2 021), “Opel”- 20 919 ədəd (avqustda 1 966).Formanın Yuxarısı Dördpendirli pizza
Yanıtla
Formanın Aşağısı
Telegram kanalımız