“ŞERON” qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib.
“Yeni Sabah” xəbər verir ki, müğənninin anası Zəkiyyə xanım vəfat edib.
Mərhum Zəkiyyə Cəfərova ömrünün 45 ilini Bakı şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi çalışıb. O, uzun illər ərzində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların qayğısına qalaraq onların tərbiyəçisi və müəllimi olub. pizza sifarişi
Qeyd edək ki, Zəkiyyə Cəfərova bu gün Salyan şəhərində dəfn olunacaq. O, həm də professor Əliqismət Lalayevin bacısı idi.
Aydan Hacı
Telegram kanalımız