Türkiyəli müğənni İrem Derici qanunsuz mərc araşdırması çərçivəsində həbs olunan nişanlısı İsmail Melih Kunukçunun doğum günündə paylaşım edib.


“Yeni Sabah” xəbər verir ki, sənətçi nişanlısı ilə birlikdə çəkdirdiyi fotoları sosial media hesabında yayımlayaraq ona duyğusal sözlər ünvanlayıb.


İrem Derici paylaşımında 13 may 2025-ci ildə Sidneydə aldığı evlilik təklifini xatırladıb və münasibətlərinin çətinliklərə baxmayaraq davam etdiyini bildirib: Pepperoni pizza


“İki ili geridə qoyduq, yolumuza nə qədər maneələr çıxdı, amma biz hər şeyin öhdəsindən gəldik. Gəlməyə də davam edəcəyik, sevgilim. O üzüyü boşuna taxmadıq! Yeni yaşın sənə bütün gözəllikləri gətirsin. Yaxşı ki, doğulmusan, sevgilim. Sonsuza qədər yanındayam! Böyük gülüşlərimizi heç nə soldura bilməz”.


Qeyd edək ki, DJ İsmail Melih Kunukçu avqustun 31-də qanunsuz mərc araşdırması çərçivəsində 311 nəfərlə birlikdə həbs edilib. Onun vəkilinin sözlərinə görə, Kunukçuya qarşı irəli sürülən yeganə ittiham mərc oynamaqla bağlıdır.


Aydan Hacı 



Telegram kanalımız