“İynələrlə arıqlayırlar”... Bu çox savadsız fikirdir?!


Çünki, artıq çəki xəstəlikdir. Təbii ki, müalicə dediyində iynə də olar, həb də olar, sistem də olar, müxtəlif dərmanlar da.  Mən insulin dirəncinə qarşı, illərlə ovuc-ovuc Sioforlar, Gliforlar, Jardianslar, Thinkallar, üstündən də magnisi, xromu, vitaminləri, min cür “zir-zibil” içib, bütün dietalardan bezikib, amma arıqlamadığım vaxtlar var e təcrübəmdə. Təbii ki, artıq çəki xəstəlikdirsə, doğru dərmanlarla mübarizə aparacaqsan.... Bu qədər cahil fikirlərinizi dayandırın! Məsələ yalnız iynə deyil!”


"Yeni Sabah" xəbər verir ki, bunu müğənni Murad Arif bildirib. O qeyd edib ki, artıq 3 aydır ki, sağlam qidalanır: Sezar pizza


“Ortada əmək, zəhmət və nəticə var. İş var iş... Ağır, yorucu, məsuliyyətli və ciddi iş. Yemək saatlarımı pozmuram! Yemək qadağalarımı pozmuram! İdmana gedirəm! Hər gün rasionumu həkimlərə hesabat edirəm! Səhər-axşam soruşurlar. Kontroldayam! Un, qlütenli yeməklər, qatıq, süd, dondurma, smetan, alkoqol, şəkər, limonadlar, tortlar, qutablar, kompotlar, axşam 7-dən sonra yeməklər, gecə soyuducunu açmaqlar, yemək saatına aid olmayan vaxtlarda atışdırmalar!!! Bütün bunları həyatımdan silmişəm... 3 aydır.


Və ən əsası illərlə atdığım ovuc-ovuc həblərdən azad oldum. İnsanların əməyini necə dana bilirsiniz?! “İynələrlə arıqlayıblar!” nə deməkdir?! Ay bisavad və acıdil canlılar, yorulmadınız zəhməti danmaqdan?! Mən o iynələrdən illərlə vurdum e. İllərlə iynələr vurmuşam! Amma arıqlamırdım...


Məsələyə məhz peşəkarlarla kompleks yanaşmaq lazım imiş”.


Aydan Hacı  



Telegram kanalımız