Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses Çeşmədə görüntülənib.


“Yeni Sabah” xəbər verir ki, uzun müddətdir səhhətində problemlər yaşayan 74 yaşlı sənətçi İzmirin Çeşmə rayonunun Ilıca bölgəsindəki məkanlardan birində istirahət edərkən kameralara tuş gəlib.


Sənətçinin son görüntülərində əvvəlki dövrlərlə müqayisədə xeyli arıqladığı diqqət çəkib. Xüsusilə üz cizgilərinin daha qabarıq görünməsi pərəstişkarlarının narahatlığına səbəb olub. pizza mizza


Tatlısesin hazırkı səhhəti ilə bağlı sözügedən görüntülərdən sonra hər hansı rəsmi açıqlama verilməyib. Buna görə də sənətçinin niyə arıqladığı və səhhətinin necə olduğu barədə dəqiq məlumat yoxdur.


 Aydan Hacı 



Telegram kanalımız