2025-ci ilin sonuna Azərbaycanda istifadə olunan nəqliyyat vasitələrinin markalar üzrə sayı açıqlanıb.


"Yeni Sabah" xəbər verir ki, ölkədə ən çox istifadə olunan avtomobil markaları arasında “Mercedes-Benz” liderdir.


Belə ki, 2025-ci ilin sonuna Azərbaycanda 222 050 ədəd “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi istifadə olunub. pizza mizza


Digər markalar üzrə göstəricilər isə belədir:


Hyundai – 153 983 ədəd


Toyota – 124 922 ədəd


Kia – 106 962 ədəd


BMW – 46 904 ədəd


Beləliklə, təqdim olunan markalar arasında ən yüksək göstərici “Mercedes-Benz”, ən aşağı göstərici isə “BMW” markasına məxsus avtomobillərdə qeydə alınıb.


Aytac Əliyeva



Telegram kanalımız