Tanınmış uroloq-androloq Vasif İsmayıl pomidorun insan orqanizminə faydalı və zərərli tərəflərindən bəhs edib.
“Yeni Sabah” xəbər verir ki, həkim bu barədə öz “Facebook” səhifəsində yazıb. V.İsmayılov ilk öncə pomidorun insan sağlamlığına müsbət təsirlərini vurğulayıb:
Pomidor yemək olduqca faydalıdır. Çünki onun tərkibindəki likopen maddəsi insan bədəni üçün hər miqdarda və hər zaman faydalı olan nadir molekullardandır. Dominos pizza
Likopen cavan qalmağa kömək edir. Pomidordan çox istifadə edən Aralıq dənizi və Meksika mətbəxinin insanlarının daha cavan və gözəl qalması buna sübutdur. Likopenin cavanlaşdırıcı təsiri elmi cəhətdən də təsdiqlənib.
Likopen güclü antioksidandır. Bədənimizi zədələyən sərbəst oksigen radikallarını neytrallaşdırır və digər antioksidanlardan fərqli olaraq, bədənə demək olar ki, heç bir ziyanı yoxdur.
Likopen xərçəngdən qoruyur. Sübut olunub ki, 20-30 yaş arası pomidordan çox istifadə etmək gələcəkdə prostat xərçənginin yaranma sıxlığını azaldır və onun ortaya çıxma yaşını gecikdirir. Lakin diqqət yetirilməli olan çox ciddi bir təhlükə var”.
Uroloq dərmanla yetişdirilmiş pomidorun insan orqanizminə ciddi zərər vura biləcəyini diqqətə çatdırıb:
“Pomidorların yetişdirilməsində istifadə olunan pestisidlər (kimyəvi dərmanlar) zərərli böcəklərlə yanaşı, pomidorun üstündəki faydalı bakteriyaları da məhv edir.
Bu zaman çoxalan göbələklər aflatoksin adlı çox təhlükəli bir zəhər ifraz edir. Aflatoksin qaraciyər başda olmaqla bədənin müxtəlif yerlərində xərçəng yaradır və ondan qurtulmaq demək olar ki, qeyri-mümkündür.
Əgər pomidor həddindən artıq dərmanlanıbsa (pestisid vurulubsa), ondan alacağınız aflatoksin zərəri, likopenin verəcəyi faydadan qat-qat çoxdur.
Nəticə olaraq: Pomidor yemək sağlamlıq üçün faydalıdır, lakin onun hansı şəraitdə yetişdirildiyinə və tərkibindəki maddələrin miqdarına mütləq diqqət yetirmək lazımdır”.
Nazim Hacıyev
Telegram kanalımız