Elektrikli avtomobil istehsalçısı Tesla “Cybercab” adlı sürücüsüz robotaksisini istifadəyə verdiyini açıqlayıb.


“Yeni Sabah” xəbər verir ki, şirkət “Uber” və “Waymo” kimi rəqiblərlə mübarizə aparmaq üçün hazırladığı avtomobili ilk dəfə 2024-cü ilin oktyabrında təqdim etmişdi. Qızılı rəngdə olan “Cybercab”da sükan və pedal yoxdur və avtomobil iki sərnişin daşıya bilir.


Tesla-nın rəhbəri Elon Musk şirkətin qərargahının yerləşdiyi Texas ştatının Ostin şəhərində keçirilən təqdimatla bağlı sosial şəbəkədə paylaşım edib. pizza sifarişi


Cybercab-lar Tesla-nın yenilənmiş tətbiqi vasitəsilə sərnişinlərin seçiminə təqdim olunub. Şirkət avtomobilin təhlükəsizliyini və əlilliyi olan şəxslər üçün istifadəsinin rahatlığını xüsusi vurğulayıb.


Hazırda “Waymo” ABŞ-ın 11 şəhərində sürücüsüz avtomobil xidməti göstərir. Tesla isə robotaksi xidmətini Texas, Florida və Kaliforniyanın müxtəlif şəhərlərinə mərhələli şəkildə genişləndirir.


Mütəxəssislər Cybercab xidmətinin ilkin mərhələdə yavaş inkişaf edəcəyini və Teslanın istifadəçi təcrübəsindən əldə olunan rəylərə əsasən xidmət əhatəsini genişləndirəcəyini düşünür.


Aydan Hacı 



Telegram kanalımız