Xalq artisti Miri Yusif sosial şəbəkə hesabında azyaşlı uşaqların avtomobildə təhlükəsizliyi ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, sükan arxasında olarkən uşaqları qucaqda və ya diz üstündə saxlayan valideynləri sərt şəkildə qınayıb.
Müğənni bildirib ki, bir anlıq məsuliyyətsizlik və ehtiyatsızlıq geri dönüşü olmayan faciəyə səbəb ola bilər. Dominos pizza
O, valideynlərə müraciət edərək uşaqların avtomobildə xüsusi uşaq oturacaqlarında əyləşdirilməsinin vacibliyini vurğulayıb:
“Uşaqlarımızın yeri sükan arxasında deyil, onların təhlükəsizliyini təmin edən xüsusi uşaq oturacaqlarındadır. Övladlarımızın həyatı hər şeydən qiymətlidir”.
Aydan Hacı
Telegram kanalımız