Türkiyənin tanınmış sənətçisi, “Diva” ləqəbli Bülent Ersoy yay konsertlərinə qısa fasilə verərək estetik əməliyyat keçirib. O, Sapancada səhnəyə çıxaraq yeni görünüşü ilə diqqət çəkib.


“Yeni Sabah” xəbər verir ki, Bülent Ersoy Sapanca Kırkpınar Amfi Teatrında pərəstişkarları üçün konsert verib. Təxminən iki saat davam edən konsertdə sənətçi sevilən mahnılarını səsləndirib.


İyul ayında “Lolita estetikası” (gənc, uşaqsayağı və zərif üz cizgiləri yaratmağa yönələn estetik görünüş) etdirən və üzünü gərdirən Ersoyun son görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Konsert zamanı çəkilən yaxın plan fotosu xüsusilə diqqət çəkib. Sezar pizza


Bülent Ersoy daha əvvəl estetik əməliyyatı ilə bağlı danışarkən, “Üzümü Lolita kimi etdirdim”, – deyə bildirmişdi.


Sənətçinin üzündəki dəyişikliklə yanaşı, barmağındakı dəbdəbəli üzüyü də diqqətdən qaçmayıb. Üzüyün təxminən 12 karat olduğu, çəhrayı sapfir və brilyantlardan hazırlandığı bildirilib.


Aydan Hacı 



Telegram kanalımız