Türkiyəli müğənni və aparıcı Seda Sayan bu dəfə qazancı ilə gündəmə gəlib.


“Yeni Sabah” xəbər verir ki, 63 yaşlı sənətçinin dörd fərqli marka ilə reklam anlaşması imzaladığı bildirilir.


Türkiyə mətbuatının yazdığına görə, müqavilələrin hər birinin illik dəyəri 50 milyon lirədir. Bu isə Sayanın dörd reklam anlaşmasından ümumilikdə 200 milyon lirə, yəni 7 milyon manatdan çox gəlir əldə edəcəyi anlamına gəlir. pizza hut


Sənətçinin reklam layihələrindən biri artıq təqdim olunub. Sayan “ÜçDörtBeş All Star” adlı rəqəmsal təhsil platformasının reklamında çəkilib. Reklam filmində onun YKS-yə hazırlaşan şagird obrazında görünməsi Türkiyədə də maraq doğurub.


Maraqlıdır ki, Sayanın təhsil platforması ilə əməkdaşlığı ənənəvi reklam formatından fərqli qurulub. Onun illərdir tanınan ifadələri və ekran obrazı reklamın əsas elementlərindən birinə çevrilib.


Türkiyə mətbuatında yayılan xəbərlərə əsasən, digər üç marka ilə bağlı reklamların da yayımlanması gözlənilir. Bununla yanaşı, Sayanın son dövrdə televiziya layihələrindən çox rəqəmsal platformalara üstünlük verdiyi bildirilir.


Sənətçi hazırda “Bacıların Bacısı” adlı YouTube proqramı ilə də diqqət çəkir. 


Əsmətxanım Rzazadə



Telegram kanalımız