Zob xəstəliyi, yəni qalxanabənzər vəzinin fəaliyyət pozuntuları sürücülük təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edən tibbi məsələlərdən biridir. Qalxanabənzər vəzinin funksiyasının zəifləməsi (hipotireoz) və ya həddindən artıq aktivləşməsi (hipertireoz) orqanizmin metabolik proseslərinə, sinir sisteminə və ümumi diqqət qabiliyyətinə birbaşa təsir göstərir.
“Yeni Sabah” xəbər verir ki, xüsusilə hipotireoz zamanı maddələr mübadiləsinin ləngiməsi nəticəsində güclü halsızlıq, daimi yorğunluq, reaksiyaların zəifləməsi və süstlük müşahidə olunur. Bu hal müalicə olunmadıqda və ya ağır formaya keçdikdə, günün istənilən vaxtında, hətta sükan arxasında belə ani yuxuya getmə (hipersomniya) riskini kəskin şəkildə artırır. Sükan arxasında anidən mürgüiləmək və ya diqqətin yayınması böyük yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Hipertireoz zamanı isə təşviş, əllərdə əsmə (tremor) və ürək döyüntüsünün kəskin artması diqqəti cəmləməyə mane olur ki, bu da sürücülük zamanı analoji təhlükələr yaradır.
Qanunvericiliyə və nəqliyyat vasitələrini idarə etmək üçün tibbi əks-göstərişlər siyahısına gəldikdə isə, yalnız "zob xəstəsi olmaq" avtomatik olaraq sürücülük vəsiqəsinin alınmasına tam qadağa qoymur. Qanunvericilikdə hər bir daxili sekresiya vəzisinin xəstəliyi fərdi tibbi müayinə əsasında qiymətləndirilir. Əgər qalxanabənzər vəzinin pozuntusu müalicə ilə nəzarət altına alınıbsa, hormon səviyyələri normadadırsa və şəxsdə ağır sinir-m əzələ pozuntuları, huşitirmə tutmaları və ya idarəolunmaz ani yuxulama müşahidə edilmirsə, bu şəxslərə sürücülük vəsiqəsi verilir. Marqarita pizza
Lakin endokrin xəstəlik ağır formadadırsa, mərkəzi sinir sisteminin funksiyasını ciddi şəkildə pozursa, ağır ürək-damar fəsadları yaradırsa və müalicəyə tabe olmursa, tibbi komissiya həmin şəxsə sürücülük hüququnun verilməsindən imtina edə bilər və ya bu hüququ müvəqqəti məhdudlaşdıra bilər. Müalicə alan və hormon səviyyəsi sabit olan zob xəstələri üçün isə əsas şərt həkim nəzarətini axatmamaq və özünü narahat və ya həddən artıq yorğun hiss etdikdə sükan arxasına əyləşməməkdir.
Nazim Hacıyev
Telegram kanalımız