Aparıcı Lalə Azərtaş mərhum şair Nəriman Həsənzadə ilə görüntülərini paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, o, həmin kadrları soail media hesabında paylaşaraq yazıb:
“Qarşıma bu video çıxdı... Dayanıb uzun-uzadı baxdım. Mən “gələcəyəm” deyirəm, Nəriman müəllim isə həmişəki doğmalığı ilə: “Nə vaxt istəsən, gəl...” pizza mizza
İndi düşünürəm ki, bəzi insanların yoxluğuna inanmaq olmur. Çünkü səsi qalır, sözü qalır, baxışı, nəfəsi, xatirəsi qalır... Məncə, Siz heç getməmisiniz, Nəriman müəllim. Siz yenə də varsınız. Yenə də yaşayırsınız — sözünüzdə, misralarınızda və Sizi sevənlərin yaddaşında...
Kaş o “nə vaxt istəsən, gəl” dediyiniz ünvana bir dəfə də gələ biləydim...”.
Aydan Hacı
Telegram kanalımız